Qış mövsümünün yaxınlaşması ilə əlaqədar havalar soyumağa başlayır. Bu səbəbdən mənzillərdə istilik sistemlərinə tələbat məsələsi gündəmə gəlir.
Məslənin aktuallığı ilə əlaqədar Azərbaycanda qurumların qışa hazırlıq səviyyəsi ilə maraqlandıq."Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə açıqlamasında abonentlərin elektrik enerjisinin təchizatı ilə bağlı problemlə qarşılaşmayacaqlarını bildirib.Onun sözlərinə görə, qurum tərəfindən qış mövsümünə hazırlıqla bağlı çox ciddi işlər görülüb: ""Azərişıq" 24 saat abonentlərin xidmətində olacaq. Çox köhnəlmiş, pis vəziyyətdə olan, sərt küləklər zamanı hər hansı bir problem yaradacaq dayaqların, xətlərin hamısı araşdırılıb. Son 7 ay ərzində aparılan yenidənqurma işlərindən sonra tam əminliklə deyə bilərik ki, elektrik enerjisinin təchizatı ilə bağlı heç bir problem yaşanmayacaq".Qurumun həyata keçirdiyi yeniliklərə toxunan T.Mustafayev qeyd edib ki, baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün əlavə 7 yeni texnika alınıb. Dağlıq və dağətəyi kəndlərdə, aran yerlərində problemlərin yaranmaması üçün əlavə işçi qrupları yaradılıb".Qışda evlərdə istiliklə bağlı problem olmayacaq".Bunu Trend-ə "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib. Onun sözlərinə görə, qurum tərəfindən hazırda mövsümi hazırlığın yekun mərhələsi həyata keçirilir.İ.Mirzəliyev qeyd edib ki, nəzərdə tutulmuş plan işləri başa çatmaq üzrədir: "Qazanxanalar, istilik məntəqələri, istilik xətləri, kommunikasiya, bütün qurğular yoxlanılır, qaydaya salınır, təmir olunur. Bəzi yerlərdə hələ təmir işləri davam etdirilir. Bu işlər yaxın zamanda başa çatdırılacaq".
Mənbə: Milli.Az