Qadin.NET / Türkiyə Ermənistana hərbçi göndərir

Türkiyə Ermənistana hərbçi göndərir

 

Türkiyə Ermənistana hərbçi göndərir
Türkiyə beynəlxalq razılaşmaya əsasən, Ermənistana hərbi heyət göndərəcək.APA-nın "Hürriyət"ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilir.Türk əsgərləri Ermənistana Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində göndəriləcəklər."Razılaşma çərçivəsində Türkiyənin liderliyi ilə 11 oktyabr tarixindən Ermənistanda Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində nəzarət həyata keçiriləcək. Türkiyə Nəzarət Qrupunun tərkibində Slovakiyadan olan hərbçi də yer alacaq. Yoxlamalar həyata keçirildikdən sonra qrup oktyabrın 14-ü Türkiyəyə qayıdacaq", - deyə məlumatda bildirilir.

Mənbə: Milli.Az

9 oktyabr 2015
GO BACK