Azərbaycanda hər bir ali təhsil müəssisəsi sağlamlıq imkanları məhdud tələbələrin təhsil ala bilmələri üçün xüsusi şəraitin yaradılması məsələsinə ciddi diqqət yetirməlidir.Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib.C.Bayramov qeyd edib ki, Təhsil Nazirliyi universitetlərin akkreditasiyası aparılan zaman bu məsələlərə diqqət yetirir və bundan sonra da yetirəcək: "Sağlamlıq imkanları məhdud uşaqlar, tələbələr üçün təhsil müəssisələrində xüsusi şəraitlər yaradılmalıdır. Yeni tikintilər aparıldıqda, təmir işləri görüldükdə bu məsələlərin nəzərə alınması dövlətin diqqətindədir".
Mənbə: Mlli.Az