Qadin.NET / Дћina nədir? Niyə haramdır?

Дћina nədir? Niyə haramdır?

 

Ğina nədir? Niyə haramdır?

Ğina o misiqilərə deyilir ki, mənasız və fəsad məclislərində səsləndirilir və insanları şəhvətə təhrik edir. Bəzən musiqinin ancaq özü ğina olur və bəzən də mahnının sözləri. 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ggər Quran ayələrini və ya mənalı şeirləri də belə, ğina musiqisi ilə səsləndirsələr, ona qulaq asmaq haramdır. Ğinanın gətirdiyi fəsadlara işarə edək:
1. Fəsad əxlaqına tərəf təşviq edər, həvəsləndirər. Ğina məclisləri adətən fəsad məclisləri olur. Bu fəsada şərait yaradan da həmin ğinadır.
2. Allahı yada salmaqdan qafil edər. Ğina insanı o qədər məst edər ki, insan Allahı yada salmaqdan qafil olar.
3. Əsəbə və psixologiyaya ziyan vurar. Ğina əsəblərə zərbə vuran amillərdən biridir. Bu təsir hətta depressiya səviyyəsinə qədər uzana bilər. Bundan başqa, ğina qan təzyiqinə, ürəyə mənfi təsir göstərər.
 
Ğina hədislərdə və Quran ayələrində.
Baxmayaraq ki, Quranda ğina sözü işlənməmişdir, ancaq ayələri təfsir edən zaman həmin mənanı verdiyini İmamlar (ə) təsdiq edir. Ona görə də mərcəyi-təqlidlər bu təfsirlərə əsaslanaraq hökm çıxarırlar. "Kim Allahın müqəddəs ayinlərinə ehtiram göstərsə, (bu,) onun üçün Rəbbinin yanında daha yaxşıdır. Həmişə sizə oxunanları çıxmaqla, bütün heyvanlar sizə halal edildi. Buna görə də murdar bütlərdən çəkinin və (yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri söz(lər)dən uzaq olun". ("Həcc" 30).
İmam Cəfər Sadiq (ə) bu ayənin təfsiri haqqında buyurmuşdur: "Qul zur" - yəni ğina deməkdir". Zeyd Şəham deyir: "İmam Sadiqdən "qul zur" sözünün mənasını soruşdum və Həzrət (ə) buyurdu: ""Qul zur" sözünün mənası ğina deməkdir"".
"İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar.Onların rüsvayedici bir əzabı olacaqdır". ("Loğman" 6).
İmam Sadiq (ə) buyurur: "Ğina elə məsələlərdəndir ki, Allah ona görə əzab verəcəyini vəd etmişdir və sonra yuxarıdakı ayəni tilavət etmişdir". Həzrət (ə) başqa yerdə buyurur: "Ğina nifaqı irs qoyur". Başqa yerdə buyurur: "O evdəki ğina olar, ölümdən və ağrılı müsibətdən aman olmaz. Orada dua qəbul olmaz, mələklər ora daxil olmaz".
Cabir ibni Abdullah Peyğəmbərdən (s) nəql edir: "Şeytan - ğina oxuyan ilk kəs idi". İbni Məsud Peyğəmbərdən (s) nəql edir ki, buyurur: "Ğina qəlbdə nifaq ruhunu inkişaf etdirər, necə ki, su bitkiləri inkişaf etdirir".
Əlbəttə, çox sayda yaxşı musiqilər və mahnılar da çoxdur. Onların həm musiqisi və həm də sözləri mənalı və ürəyə yatandır. İnsanı təhrik etmir, əksinə sakitləşdirir. Ruha sevinc bəxş edir və Allahı yada salır, Məsumların (ə) həyatından bizə xəbər verir. Bu qədər gözəl mahnı ola-ola, axı niyə ğinaya qulaq asmalıyıq ki? Ğina haramdır, ondan uzaq olaq.

Mənbə: Milli.Az

9 oktyabr 2015
GO BACK