Qadin.NET / Google xəbərlər platforması qurur

Google xəbərlər platforması qurur

 

Google xəbərlər platforması qurur

Google şirkətinin yeni Accelerated Mobile Pages xidməti sayəsində istifadəçilər xəbərləri bilavasitə nəşrdən oxuyacaq. 
Milli.Az ICTnews.az-a istinadən bildirir ki, Apple və Facebookun oxşar xidmətlərindən fərqli olaraq, Google nəşrlərdən ödəniş almaq niyyətində deyil. Hazırda layihə sınaq mərhələsindədir, kütləvi istifadə tarixi hələ ki açıqlanmayıb. Məsələn, The Washington Post nəşrinin auditoriyasının təxminən 60 faizi mobil qurğulardan istifadə edir ki, bu da sözügedən layihənin inkişaf zərurətini təsdiq edir. İnternet nəhəngin yeni xidməti təkcə nəşrin materiallarını birbaşa oxumağa imkan yaratmır, həmçinin səhifələrin yüklənmə vaxtını azaldacaq. 

Mənbə: ANS PRESS

8 oktyabr 2015
GO BACK