Qadin.NET / Ədəbiyyat üzrə Nobel mükafatının qalibi bilindi

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi bilindi

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi bilindi
2015-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı Svetlana Alekseyeviçə verilib. APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yazıçı bu mükafata layiq görülən 14-cü qadın yazıçıdır.Müəllif bu mükafata çoxsəsli yaradıcılığına görə layiq görülüb.Svetlana Alekseyeviç 1948-ci ildə anadan olub. 2000-ci illərdən İtaliya, Fransa və Almaniyada yaşayıb.Müəllif "Müharibə qadın üzlü deyil", "Sink oğlanlar", "Ölümlə ovsunlanmışlar", "Çernobl uşaqları", "Sekond-hand zamanı" və başqa əsərlərin müəllifidir.Qeyd edək ki, İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatı keçən il fransız yazıçısı Patrik Modianoya verilib.

Mənbə: Milli.Az

 

8 oktyabr 2015
GO BACK