Lakin bu gün vəziyyət kifayət qədər təhlükəlidir və münaqişənin daha kəskin formada və yeni miqyasda alovlanmasi ilə nəticələnə bilər. Unutmamalıyıq ki, Dağlıq Qarabağ münaqişəsi uzunillik "təcrübəyə" malikdir və separatçı rejimin bu ocağı yenidən alovlandırması artıq təkcə Azərbaycan deyil, qonşu ölkələr üçün də birbaşa təhdid və təhlükə mənbəyi olacaq.Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində tam nəzarətsizliyin hökm sürdüyü heç kimə sirr deyil və çağdaş tariximizin də göstərdiyi kimi, belə mühit terrorizm və digər təhlükəli meyllərin çiçəklənməsi üçün əlverişlidir. İdeoloqlar isə belə fürsəti heç vaxt qaçırmırlar.Ermənistan münaqişə ocağına çevirdiyi Dağlıq Qarabağda sülhun bərqərar olmasında əlbəttə ki, maraqlı deyil və sülh prosesinin pozulması üçün kifayət qədər destruktiv mövqe tutur. Belə ki, hərbi diktaturaya rəhbərlik edən Serj Sarksyan beynəlxalq hüququ tanımadığını və siyasi səbatsızlıq səviyyəsini çoxdan nümayiş etdirib, işğal altında olan ərazilərdəki cinayət əməllərı isə artıq ictimailəşib. Müxtəlif terror qrupları və ekstremist dəstələr məhz burada Ermənistan hökumətinin himayəsi altında müvafiq təlimlər keçir.Kifayət qədər sürətlə torpaqları fəth edən bu terror kabusu artıq sərhəd tanımır, onun ayaqlarının izi belə hər yerdə dəhşətlı fəsadlar yaratmaqdadır.Ermənistanın qonşu Azərbaycana qarşı qeyri-qanuni ərazi iddialari səbəbindən başladığı və qarşı tərəfin 20 faizdən çox torpaqlarının işğalı ilə nəticələnən bu qanlı münaqişə 25 ildən artıq vaxt kecməsinə baxmayaraq öz həllini tapmayıb. Azərbaycan ərazilərinin qeyd-şərtsiz qaytarılması ilə bağlı BMT TŞ qətnamələri icra olunmur, beynəlxalq birlik isə Ermənistana bununla bağlı ən azı təzyiq göstərmək barədə belə düşünmür. Son qənaət isə beynəlxalq birliyin münaqişənin dondurulmuş vəziyyətdə olmasında maraqlı olmasıdır.Cəzasızlıq və etinasızlıq Ermənistan hökumətini daha da azğınlaşdırır və 1992-ci ildə əldə olunmuş atəşkəs rejiminin mütəmadi pozulması, cəbhə xəttində tez-tez təkrarlanan təxribatlar adi hala cevrilir. Elə münaqişənin "dondurulmuş" statusuna da tam uyğundur. Tarixə nəzər salsaq görərik ki, heç bir münaqişə dondurulmuş qalmır və müəyyən zaman keçdikdən sonra daha kəskin formada alovlanır.Münaqişənin həlli ilə 20 ildən artıq bir müddətdə ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə yaradılmış Minsk Qrupunun bütün səyləri heç bir nəticə vermir, status-kvo isə artıq öz limitini bitirir. Siyasi maraqların dolaşıq çarpazlaşdığı Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olması görünur kimlərəsə sərf etmir.Belə olan halda məhz region ölkələri təşəbbüsü ələ almalı və münaqişənin həlli üçün yeni format yaratmaq barədə düşünməlidirlər. Bir daha vurğulayaq ki, Dağlıq Qarabağ münaqişəsi regional təhlükə mənbəyi kimi nəzərdən keçirilməli və onun həlli məhz anti-terror əməliyyatlarının bir parçası kimi aparılmalıdır. Ermənistan işğalçı ordusu Azərbaycan ərazilərindən cıxarılmalı və torpaqlarda legitim hökumət bərpa olunmalıdır. Əks halda, dünya daha şiddətli və təhlükəli münaqişə ocağı ilə üzbəüz qalacaq.
Mənbə: Milli.Az