Qadin.NET / Avropa Şurası Azərbaycandan imtina etdi

Avropa Şurası Azərbaycandan imtina etdi

 

Avropa Şurası Azərbaycandan imtina etdi

Avropanın Azərbaycana seçkiqabağı təziqləri davam edir. Avropa Şurası insan hüquqları üzrə Azərbaycanla birgə işçi qrupdan çıxır. 
ANS PRESS-in məlumatına görə, bu barədə AŞ baş katibinin mətbuat katibi bəyanat verib. Bəyanatda deyilir ki, Avropa Şurası Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan çıxır. Bəyanat baş katib Torbyorn Yaqlandın adından oktyabrın 7-də yayımlanıb.
Avropa Şurasının nümayəndəsi Azərbaycan vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoqların bərpasına yönəlmiş görüşlərdə 2014-cü ilin oktyabrından iştirak edib.
Bəyanətdə deyilir ki, bu təşəbbüslərə baxmayaraq, ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyət həddindən artıq pisləşib."Həbs edilmiş hüquq müdafiəçilərinin sayı artır, Avropa Şurası isə onların saxlanılma şəraitinin qəbuledilməz olduğu haqqında həyəcan doğuran məlumatlar alır."-bəyanatda belə deyilir.
Bununla əlaqədar olaraq, baş katib Azərbaycan prezidenti İlham Əliyevə öz qərarı haqqında məlumat verib”, deyə bəyanatda bildirilir.

 

Mənbə: ANS PRESS

8 oktyabr 2015
GO BACK