ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanYaponiya səfəri zamanı jurnalistin "Putinlə yenidən görüşə bilərsinizmi" sualını cavablandırarkən deyib.
Ərdoğan bildirib ki, Putinlə danışmağın bir xeyri yoxdur: “NATO -nun iclasından sonra Suriyadakı hərbi əməliyyatlarlə bağlı telefon danışığımız oldu. Ondan sonra da hava sərhədlərimiz yenidən pozuldu.”Ərdoğan iki ölkə arasında soyuqluğun yaranmasına səbəb kimi Rusiyanın ölkəsinin hava sərhədini pozmasını göstərib: ”Türkiyənin hava sərhədlərinin pozulması NATO sərhədlərinin pozuntusu deməkdir. Amma düşünmürəm ki, Rusiya qonşusu ilə açıq mübarizəyə başlasın.”
Həmçinin Ərdoğan Rusiyanın İŞİD-i vurmadığını əminliklə deyir: “Rusiya tərəfi deyir ki, İraqdəvət etsə, İŞİD üçün orada da hava əməliyyatları apara bilərik. Rusiya, Suriyada İŞİD -i vurmur ki! Bir dəfə ağızlarından qaçıraraq, “Əsəd rejiminə qarşı hər ünsür bizim üçün terrorçudur” dedilər.
Mənbə: ANS PRESS