Avstriyada Dünya Saqqal və Bığ Çempionatı təşkil edilib.
ANS PRESS-in məlumatına görə, dünyanın bir çox ölkələrindən öz bığ və saqqalına güvənənlər bu yarışmaya qatılıb. Amma iştirakçılar arasında Almaniya və Avstriya sakinləri çoxluq təşkil edib.
Çempionat Leogang qəsəbəsində baş tutub.Saqqal və bığlar 18 müxtəlif kateqoriyada jüri tərəfindən qiymətləndirilib. Özlərini sınayanlar arasında ən yaxşı keçi saqqalı, ən yaxşı cod tük, həmçinin, ən dəbli saqqal nominasiyaları yer alıb. Bu yarışma ilk dəfə 1991-ci ildə Almaniyada start götürüb. Daha sonra dünyanın digər ölkələrində də təşkil olunmağa başlayıb. İllərlə bığ və saqqallarını kəsməyən yarış iştirakçıları bu ənənəni davam etdirirlər.
Mənbə: ANS PRESS