Qadin.NET / Kredit götürmək istəyənlər bu xəbəri mütləq izləsin!

Kredit götürmək istəyənlər bu xəbəri mütləq izləsin!

Kredit götürmək istəyənlər bu xəbəri mütləq izləsin!
Azərbaycanda banklar kredit şərtlərini nə qədər sərtləşdirsələr də, hələ də kifayət qədər insan kredit almaqda davam edir. Ancaq bir məsələ də var ki, bir çoxları hələ də kredit alanda öz imkanlarını düzgün qiymətləndirə bilmirlər və nəticədə sonradan çətin vəziyyətə düşürlər. Bəs bu qiymətləndirməni necə aparmaq lazımdır? Mütəxəssislərdən öyrənək.

Bu cür hallardan sığortalanmaq üçün ilk olaraq ''Mənim nə qədər borc almağa gücüm çatar?'' sualına cavab vermək lazımdır. Bununla da hər ay ödəniş edə biləcəyiniz məbləğ əvvəlcədən ölçüb-biçilməlidir. Bu hesablamaları apararkən özünüzlə dürüst olmağınız da vacibdir. Yəni gəlirlərinizi şişirtməyin, xərcləri real əks etdirin. Eyni zamanda gəlirləri aşağı rəqəmə yuvarlaqlaşdırın, xərcləri isə yuxarı rəqəmə.Milli.Az Xəzərxəbər.com-a istinadən bildirir ki, mütəxəssislər deyirlər ki, aylıq kredit ödənişləri sizin aylıq qənaət etdiyiniz məbləğin 70%-dən çox olmamalıdır. Bu nə deməkdir? Məsələn gəliriniz - 1000 manatdır və aylıq xərcləriniz isə - 800 manatdır. Bu o deməkdir ki, qənaət etdiyiniz məbləğ - 200 manat təşkil edir. Deməli, kreditə görə ödəyə biləcəyiniz maksimal ayliq məbləğ - 140 manatdır, yəni 200-ün 70 faizidir.

Mənbə: Milli.Az

 

8 oktyabr 2015
GO BACK