Qadin.NET / Sulu qara hazır olun

Sulu qara hazır olun

Sulu qara hazır olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Hidrometeorologiya Departamentinin ANS PRESS-ə verdiyi məlumatına görə, oktyabrın 08-dən 11-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. 
Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, oktyabrın 09-dan temperaturun ötən günlərlə müqayisədə kəskin 7-10 dərəcə aşağı enəcəyi ehtimal olunur. 
Oktyabrın 08-09-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, oktyabrın 08-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, oktyabrın 09-da havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.

Mənbə: ANS PRESS

7 oktyabr 2015
GO BACK