Qadin.NET / İdmançımız rekorda imza atdı

İdmançımız rekorda imza atdı

İdmançımız rekorda imza atdı
Firudin Quliyev 23 yaşa qədər, 69 kq çəki kateqoriyasında Avropa çempionu olub.
ANS PRESS-in məlumatına görə Litvanın Klaypeda şəhərində 23 yaşa qədər idmançılar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilir.
Azərbaycanlı idmançı Firudin Quliyev 69 kq çəki dərəcəsində Avropa çempionu olub. Ümumilikdə o, 328 kq qaldırıb. Bundan başqa, Quliyev təkanla 184 kq qaldıraraq Avropa gəncləri arasında rekord vurub. 
Avropa çempionatında 40-a yaxın ölkədən 341 atlet mübarizə aparır.
Daha öncə Firudin Quliyev gənclər arasında Avropa çempionu, gənclər və böyüklər arasında dünya çempionatının mükafatçısı, 2013-cü ildə Kazanda keçirilən Universiadanın qalibi olub. Firudin Quliyevdən öncə Allahyar Abışov (62 kq) 20 yaşa qədər ştanqaçılar arasında yarışlarda bürünc medal qazanıb.

Mənbə: ANS PRESS

7 oktyabr 2015
GO BACK