[center][/center]Qax məktəbliləri "İşıqlı gələcək üçün oxu" - qızları təhsilə çağırış fləşmobu keçiriblər.
Flaşmobun keçirilməsində məqsəd Azərbaycanda təhsildən kənarda qalan və yaxud orta məktəbdən erkən ayrılan qız uşaqlarına çağırış etmək olub.Milli.Az Cəbhə.info-ya istinadən xəbər verir ki, fləşmob "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində keçirilib."İşıqlı gələcək üçün oxu" və "Oxu" şüarları altında keçirilən fləşmoba Qax şəhər 2 saylı, Qax rayon İbaxlı və Qaratala kənd orta məktəbləri qatılıblar.Məktəblilər bu fləşmoba qatılmaqla respublikadakı qız yaşıdlarına təhsillərini yarımçıq qoymamaq, öz işıqlı gələcəklərini qurmaq üçün oxumaq mesajını veriblər.
Mənbə: Milli.Az