Rusiya təyyarələrinin Türkiyənin hava məkanına icazəsiz daxil olmasına NATO-dan da etiraz gəlib.
ANS PRESS-in məlumatına görə, NATO -nun baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyənin hava sərhədini pozması heçdə təsadüfə oxşamır.
“Rusiya hələ də Türkiyənin hava sərhədinin niyə pozduğu haqda heç bir izahat verməyib. Bizim üçün bu sərhəd pozuntusu heç də təsadüf kimi görünmür. Xəbərdarlıqlara baxmayaraq, Rusiyaya məxsus Su-30 və Su-24 təyyarələri Türkiyə hava məkanına daxili olub. Biz Avropadakı müşahidə mərkəzlərindən hava sərhədlərinin pozulduğunu dəfələrlə müşahidə etmişik. Bu, yolverilməz haldır.”Bütün xəbərdarlıqlara baxmayaraq, Rusiya döyüş təyyarəsinin Türkiyənin hava məkanını ikinci dəfə pozması barədə məlumatlar yayılıb.Hadisənin ardından yenidən Rusiyanın Ankaradakı səfiri Türkiyə xarici işlər nazirliyinə çağırılıb. Dövlətlər arasında gərginliyin daha da artdığı bir vaxtda rusiyalı politoloq Qriqori Trofimçuk özünün "Facebook" səhifəsində sensasiyon bəyanatla çıxış edib: “Faktiki olaraq, 30 sentyabr 2015-ci ildən Rusiya və onun xalqı üçün dünya müharibəsi başlayıb - hansı ki, çoxdan, Belqradın bombalanması ilə hazırlanmağa başlamışdı və indiyədək Rusiyanın iştirakı olmadan gedirdi.”
Mənbə: ANS PRESS