Qadin.NET / Azərbaycanlı döyüşçülərə şad xəbər

Azərbaycanlı döyüşçülərə şad xəbər

 

Azərbaycanlı döyüşçülərə şad xəbər

Ukrayna parlamenti əcnəbilərin Ukrayna ordusunda xidmət edə bilməsini leqallaşdıran qanun layihəsini qəbul edib.
ANS PRESS-in məlumatına görə, bu gün ikinci oxunuşda qəbul edilən qanun Ukrayna ordusunda xidmət edən əcnəbilərin, o cümlədən azərbaycanlılar fəaliyyətinə xeyir-dua verib. Bu, həmçinin xarici vətəndaşların Ukrayna vətəndaçlığı almasını da asanlaşdırıdı. 
Qanun layihəsi təsdiq olunmaq üçün prezident Petro Poroşenkoya göndərilməzdən əvvəl bir daha səsə qoyulmalıdır. Qanun layihəsinə əsasən, Ukrayna ordusunda xidmət edən və ya xidmət etmiş xarici vətəndaşlar əvvəlki kimi 5 il yox, 3 il müddətinə vətəndaşlıq ala biləcək. Hazırda Ukrayna ordusunda xeyli xarici könüllü xidmət edir.

 

Mənbə: ANS PRESS

7 oktyabr 2015
GO BACK