Rusiyada işgüzar yazışmalarda məmurlara WhatsApp, Yahoo və Google kimi xarici xidmətlərdən istifadə etmək qadağan edilə bilər.
ANS PRESS-in məlumatına görə, Rusiya Federasiyası Kommunist Partiyasının (KPRF) üzvü Vadim Sovolyov yeni layihənin həftənin sonunadək qəbul ediləcəyini bildirib. Onun sözlərinə görə, əsas məqsəd "intizam yaratmaqdır".
"Dövlət kompüter xidmətlərinin təminatı ilə bağlı külli miqdarda vəsait xərcləyir. Amma indi onun yanlış istifadəsi informasiya sızması və ağır maddi zərərlə nəticələnir", - deyə Sovolyov qərarı şərh edib.
O xarici xidmətlərdən istifadənin hədəf olmasını isə onunla izah edib ki, yoxlanılmamış xarici kanallardan istifadə edən zaman ehtiyatlı olmaq lazımdır. Çünki əldə edilən işgüzar və şəxsi məlumatlar şantaj etmək üçün istifadə edilə bilər.
Mənbə: ANS PRESS