Qadin.NET / Rusiyaya qarşı cihad elan edildi

Rusiyaya qarşı cihad elan edildi

 

Rusiyaya qarşı cihad elan edildi

Suriyada fəaliyyət göstərən "Müsəlman qardaşları" təşkilatı ölkədə Əsəd rejiminə dəstək üçün hava hücumları həyata keçirən Rusiyaya qarşı cihad elan edib.
ANS PRESS-in məlumatına görə, təşkilatın sözcüsü Ömər Meşuh bildirib ki, Rusiya hərbi qüvvələri Suriyaya girib dinc sakinləri vurur və açıq-aşkar işğaldır.Rusiya işğalına qarşı siyasi, hərbi yollarla, kütləvi informasiya vasitələri və ya imkan daxilindəki hər hansı yolla mübarizə aparmağın Suriya xalqının haqqı olduğunu deyən Meşuh bildirib ki, Moskva xəyala qapılıb.
Moskva Bəşər Əsəd rejimini qoruyaraq maraqlarını mühafizə etdiyini zənn edir. Rusiya Əfqanıstan və Çeçenistan təcrübəsini təkrar edir. Onlar Suriya xalqının düşmənidir", deyə Meşuh bildirib.

 

Mənbə: ANS PRESS

7 oktyabr 2015
GO BACK