Qadin.NET / Qarabağı bu ölkənin ordusu azad edəcək

Qarabağı bu ölkənin ordusu azad edəcək

Qarabağı bu ölkənin ordusu azad edəcək
Dağlıq Qarabağ münaqişəsini ədalətli şəkildə yalnız Azərbaycan və bu ölkənin Silahlı Qüvvələri həll edə bilər.
ANS PRESS-in məumatına görə, bu barədə "Sputnik-Azərbaycan" agentliyinin saytında keçirilən sorğunun nəticəsində bildirilir.
Saytda "Dağlıq Qarabağ münaqişəsini hansı ölkə və ordu ədalətli şəkildə həll edə bilər" sualı verilib. Sentyabrın 23-dən oktyabrın 5-dək keçirilən sorğuda iştirakçların əksəriyyəti Azərbaycana və onun Silahlı Qüvvələrinə güvənib.
Sorğu iştirakçıları hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini ilk növbədə Azərbaycan, daha sonra isə Rusiya nizamlaya bilər.
Sorğu iştirakçılarının 51,8 faizi Azərbaycanı, 32,3 faizi Rusiyanı Dağlıq Qarabağ münaqişəsini həll edə biləcək ölkə kimi görür. Növbəti yerlərdə aşağıdakı ölkələr qərarlaşıb.
Türkiyə - 8,5 faiz
ABŞ və Avropa Birliyi - 5,8 faiz
İran - 1,7 faiz

Dağlıq Qarabağ münaqişəsinin başlanması
Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı mərhələsi Xankəndi (Sovet dövründə Stepanakert) və Ermənistanda azərbaycanlılara qarşı 1987-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnən hücumlarla başlandı. 20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. 22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.

Mənbə: ANS PRESS

7 oktyabr 2015
GO BACK