Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, vaxtilə Hollivud filmlərində də çəkilən Ray kino karyerasında uzunmüddətli fasilədən sonra yeni layihə ilə tamaşaçılar qarşısına çıxacaq. O, “Qarşılıqlı cazibə” filmində baş rolda- qızı oğurlanmış ana obrazında çəkilib. Ayşvariya açıqlamasında illər keçməsinə baxmayaraq, aktrisalıq qabiliyyətini itirmədiyini deyib:
“Keçmiş aktrisa” sözü yoxdur. Yeni filmimin çəkilişinin hər anından zövq aldım. İnanıram ki, tamaşaçıların da xoşuna gələcək”. Qeyd edək ki, filmin premyerası oktyabrın 9-da olacaq.
Mənbə: Axşam.Az