Qadin.NET / Robota oxşar smartfon yaradıldı

Robota oxşar smartfon yaradıldı

 

Robota oxşar smartfon yaradıldı

“Sharp” şirkəti robot formasında hazırlanan "RoBoHoN” smartfon modelini təqdim edib. İKT.lent.az-ın “Qazeta”ya istinadən xəbərinə görə, robotun hündürlüyü 19,5 sm, çəkisi 390 qram təşkil edir ki, bu da smartfon üçün çox hesab edilir.Kamera və dinamiklər robotun baş hissəsində, 2 düymlük sensorlu displey isə kürəyində yerləşir. Qurğu “3G” və “LTE” standartlarını dəstəkləyir, eləcə də "Wi-Fi” şəbəkəsinə qoşula bilir. “RoBoHoN” ikinüvəli  “Qualcomm Snapdragon 400 MSM8926” prosessoru ilə işləyir.

 

Telefon funksiyası ilə yanaşı, səs və sifətləri tanıyan robot-smartfon həmçinin sərbəst şəkildə hərəkət edir, insanı əyləndirir, eləcə də mini-proyektor rolunu oynayır.

Mənbə: Lent.Az

6 oktyabr 2015
GO BACK