Qadin.NET / Qazdan qorunmaq üçün bunu mütləq edin!

Qazdan qorunmaq üçün bunu mütləq edin!

 

Qazdan qorunmaq üçün bunu mütləq edin!

Evlərdəki qaz qurğularına və tüstü bacalarına nəzarət gücləndirilir.
ANS TV-nin məlumatına görə, bu məqsədləMilli Məclisin son iclasında “Qaz təchizatı haqqında” qanuna bir sıra dəyişikliklər edilib. Dəyişikliyə əsasən istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar. Detektorların quraşdırılmasının insanların təhlükəsizliyi üçün çox vacib olduğunu deyən mütəxəssis Nüsrət Qasımov bu dəyişikliyi müsbət addım adlandırır. 
Təbii qaz sahəsi üzrə ekspert Nüsrət Qasımov onu da bildirib ki, qaz zəhərlənmələrinin qarşısını almaq üçün qaz detektorundan istifadə etmək lazımdır. 
Detektorların quraşdırılması sakinlər tərəfindən həyata keçirilməlidir. 2015-ci ilin 9 ayı ərzində 180 mindən artıq mənzilə texniki baxış keçirildiyini deyən “Azəriqaz” İstehsalat Birliyinin rəsmisi İbrahim Kərbalayev köhnə mənzillərin əksəriyyətində bu qurğuların olmadığın deyir. Onun sözlərinə görə yeni inşa edilən mənzillərə qaz xəttinin çəkilməsi üçün texniki şərt verilən zaman detektorlarla təmin edilməsi tələb edilir. Amma əvvəlcədən mövcud olan mənzillərin sahiblərinə detektorların qoyulması ancaq tövsiyyə edilir. 
Detektor adlanan qurğu qəbuledici və qapayıcı olmaqla iki hissədən ibarətdir. Qəbuledici hissə mətbəxdə yerləşdirilr. Qapayıcı hissə isə qaz xəttinin mənzilə daxil olduğu hissədə yerləşdirilir. Mənzildə nəzarətsiz qalmış qaz cihazı söndükdə dərhal qəbuledici hissəyə məlumat daxil olur və ötürücü hissəyə verilir. Bundan sonra qaz verilişi atomatik qapanır. Bu da mənzilə təbii qazın dolması və partlayış olmasının qarşısını alır. 
Odur ki, mənzilinizin zərər görməməsi və ən əsası sağlamlığınız üçün bu qurğunu elə bu gündən quralaşdırın. 

 

Mənbə: ANS PRESS

6 oktyabr 2015
GO BACK