Türkiyə ikinci dəfə Rusiyanın Türkiyədəki səfirindən izahat tələb edib.
ANS PRESS-in məlumatına görə, Rusiya döyüş təyyarəsinin Türkiyənin hava məkanını ikinci dəfə pozmasının ardından, Rusiyanın Türkiyədəki səfiri yenidən Türkiyə xarici işlər nazirliyinə çağırılıb.
Bundan əvvəl də oktyabrın 5-də baş vermiş ilk pozuntuya görə, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov izahat üçün bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.
Rusiya tərəfi bildirib ki, hadisə “naviqasiya xətası” ilə bağlıdır və onlar məsələni Ankaraya“izah ediblər”.
"Rusiya hərbi hava təyyarələri BBC Su-30 və Su-24 ikinci dəfə Xatay ərazisində Türkiyə hava məkanını daha təhlükəli səviyyədə pozub. Türkiyə hakimiyyətinin kəskin xəbərdarlığına baxmayaraq, onlar yenidən bu ölkənin hava məkanına soxulublar", - deyə Şimal-Atlantik şurasının bəyanatında deyilir.
Mənbə: ANS PRESS