Qadin.NET / Fizika üzrə Nobel mükafatçıları açıqlandı

Fizika üzrə Nobel mükafatçıları açıqlandı

Fizika üzrə Nobel mükafatçıları açıqlandı
İsveçin Nobel Komitəsi 2015-ci ildə fizika üzrə mükafatın sahibini açıqlayıb.APA-nın məlumatına görə, yaponiyalı Takaaki Kadzito və kanadalı Artur Makdonald"Neytrinoların kütləsinin olduğunu göstərən neytrino rəqsləri" sahəsindəki kəşfləri ilə əlaqədar bu mükafata layiq görülüblər.Xatırladaq ki, ötən gün fiziologiya və tibb üzrə irlandiyalı Uilyam Kempbell və yaponiyalı Satoşi Omura askarid parazitlərinin törətdiyi infeksiyaların müalicəsi sahəsindəki araşdırmaya, çinliYuyu Tu isə malyariyanın müalicəsi sahəsindəki araşdırmaya görə Nobel mükafatını bölüşüblər.Oktyabrın 7-də kimya, oktyabrın 9-da isə sülh üzrə Nobel mükafatının sahibləri müəyyənləşəcək. İqtisadiyyat üzrə Nobel mükafatının laureatı isə oktyabrın 12-də açıqlanacaq.  

Mənbə: Milli.Az

 

6 oktyabr 2015
GO BACK