ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatında bununla bağlı video görüntü də var. Həmin videoda hərbi təyyarənin vurulduğu və yanaraq yerə düşdüyü aydın görünür.
Türkiyə mətbuatının yaydığı məlumatda Rusiyaya məxsus qırıcının Bəşər Əsədə müxalif qüvvələr tərəfindən Suriyanın paytaxtı Dəməşq şəhərinin Guta ərazisində vurulduğu qeyd edilib. Videonu da məhz həmin müxaliflərin paylaşdığı bildirilib.
Mənbə: ANS PRESS