Azərbaycanın Quba rayonunun Xınalıq kəndində dağlara qar yağıb.
Milli.Az bildirir ki, bu barədə APA-ya kənd sakinləri məlumat verib. Bu gün səhər saatlarından başlayaraq, dağlar ağ rəngə boyanıb. Təxminən 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə qar yağıb.Kənd sakini Rüstəm Məlikov çəkdiyi fotoları APA-ya təqdim edib.Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, müşahidə məntəqələrinin olduğu ərazilərin heç birində qar yağması faktı qeydə alınmayıb.
Mənbə: Milli.Az