Qadin.NET / Goranboyda çay daşdı, 10 kəndi su basdı

Goranboyda çay daşdı, 10 kəndi su basdı

Goranboyda çay daşdı, 10 kəndi su basdı
Goranboya yağan güclü yağış ciddi fəsadlara səbəb olub.

Kəpəz TV (Region TV) xəbər verir ki, ötən gün və bu gecə Goranboya yağan güclü yağış ciddi fəsadlar yaradıb.Bir neçə saat davam edən leysan nəticəsində rayonun Qaraçay çayında suyun səviyyəsi artıb. Nəticədə çay kənarında yerləşən 10-a yaxın kənd sel sularına məruz qalıb. Yağış suları evlərə dolub, kənd təsərrüfatına ciddi ziyan vurub, əkin sahələri yağış suları altında qalıb.Təbii fəlakətlə əlaqədar Goranboy - Ağcakənd yolu tamam sıradan çıxıb. Hazırda Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.   

Qeyd edək ki, dünən və bu gecə Daşkəsən rayonunun mərkəzinə, Gədəbəyin kəndlərinə isə dolu yağıb. 

Mənbə: Milli.Az

 

5 oktyabr 2015
GO BACK