Milli.Az Trend-ə istinadən bildirir ki, Paris Bələdiyyəsinin verdiyi qərar bugündən qüvvəyə minəcək.Sözügedən qadağa 100 nəfər müfəttiş tərəfindən hər gün yoxlanılacaq. Bu müfəttişlər küçədə yerə siqaret atanları görər-görməz yerindəcə cərimələyəcəklər. Cərimənin məbləği isə bizim pulla 80 manat təşkil edir.Paris Bələdiyyəsi siqaretin və onun külünün yerə atılmasının qarşısını almaq üçün şəhərin hər yerinə zibil qutusu yerləşdirib.
Mənbə: Milli.Az