ANS PRESS-in məlumatına görə, Nilufər Ərdəlan İran mini futbol komandasının kapitanıdır. Onun ləqəbi “Qol xanım”dır.
O. bu ilin əvvəllərində ölkənisini təmsil etmək üçün Malayziyaya səfər edə bilməyib. Xanım Ərdəlan İran mediasına müsahibələrində deyib ki, Malayziyada keçiriləcək matça getməsinə əri icazə verməyib. İranda evlənənlər arasında imzalanan standart müqaviləyə görə arvadlar xaricə səfər etmək, haradasa yaşamaq və ya işləmək və ya hətta boşanmaq təşəbbüsü qaldırmaq üçün ərlərindən icazə almalıldırlar. Məsələn,Ərdəlanın səfərinə icazə verməyən əri – Mehdi Tütünçi tanınmış idman jurnalistidir. O istəyirdi ki, xanımı oğullarının ilk məktəb günündə onun yanında olsun.Lakin ərlər istəsələr, ilkin kontraktın şərtlərini dəyişə bilərlər. Ərdəlanın əhvalatını eşidən bir çox İran kişiləri elə belə də ediblər. Onlar müqavilənin şətrtlərini dəyişdikdən sonra öz fotolarını social mediada paylaşırlar. Onlar öz şəkillərini hazırda ABŞ-da yaşayan jurnalist Məsih Əlinejadın “Mənim oğrun azadlığım” adlı Facebook səhifəsinə göndərirlər. Bu səhifə keçən il İran qadınlarının hüquqlarının müdafiəsi üçün yaradılıb. Bu şəkillərdən bir çoxunda başından çadrasını və ya hicabını çıxarıb atan qadınlar əks olunublar.
Mənbə: ANS PRESS