Qadin.NET / Putin Suriyada ABŞ qırıcılarının uçuşunu məhdudlaşdırdı

Putin Suriyada ABŞ qırıcılarının uçuşunu məhdudlaşdırdı

Putin Suriyada ABŞ qırıcılarının uçuşunu məhdudlaşdırdı
Rusiya hərbi qüvvələri Suriyanın Lazkiyə bölgəsində hərbi baza yaradaraq buraya 2 ədəd havadan müdafiə sistemləri quraşdırıb. ANS PRESS-in məlumatına görə, havadan müdafiə sisteminin hədəfinin bölgədə əməliyyatlar keçirən koalisiya qırıcıları olduğu bildirilir. Belə ki, bölgədəki İŞİD-in və rejim müxaliflərinin hərbi aviasiyaya sahib olmadıqları, Bəşər Əsədin isə Rusiya ilə müttəfiq olduğu qeyd edilib. Bu təqdirdə rusların havadan müdafiə sistemlərindən istifadə etməsi üçün tək variant qalır. O da ABŞ və NATO önçülüyündəki koalisiya qırıcı təyyarələri. NATO ordu generalı Filip Bridlav bu sistemlərin hədəfinin İŞİD olmadığını bildirib: “Ruslar burada defacto uçuş üçün yasaqlı bölgə yaradıblar. Burada quraşdırdıqları havadan müdafiə sistemləri böyük texniki imkanlara malikdir. Təbii ki, bunlar İŞİD-lə mübarizə üçün yox, başqa məqsədlə gətirilib.” 

Mənbə: ANS PRESS

4 oktyabr 2015
GO BACK