Qadin.NET / "İpotekanın geniş vüsət alması büdcə gəlirlərinə kömək edə bilər"

"İpotekanın geniş vüsət alması büdcə gəlirlərinə kömək edə bilər"

 

"İpotekanın geniş vüsət alması büdcə gəlirlərinə kömək edə bilər"

Milli.Az bildirir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında çıxış edən millət vəkili Fuad Muradov deyib. O, büdcə zərfinin müzakirə zamanı bir neçə təklif səsləndirib. İpoteka məsləsinə toxunan deputat qeyd eidb ki, buna geniş yanaşmaq lazımdır: "İpoteka təkcə hər hansı gənc ailənin evlə təmin olunması deyil. Bu, eyni zamanda büdcəyə ipoteka ilə evlərin satılması hesabına gələn vergi gəlirləridir. Bu gün belə vəziyyət yaranıb ki, bir çox yeni evlər tikilib, amma alıcılıq qabiliyyəti aşağı olduğundan onlar satılmır. Əgər onlar satılmırsa, deməli, dövlət büdcəsinə vergi də daxil olmur. Əgər vergi daxil olmursa, biz müəyyən problemlə üzləşə bilərik. Digər ölkələrdə ipoteka ilə bağlı problemləri biz bilirik. Ona görə hesab edirəm ki, ehtiyatlı yanaşma ilə ipotekanın geniş vüsət alması büdcə gəlirlərinə kömək edə bilər. Eyni zamanda, Azərbaycanda həyata keçirilən yeni tikililər, fiskal siyasət məhz bu gəlirlərin artırılması ilə bağlı olmalıdır. İpoteka təkcə sosial yönümlü məsələ deyil, həm də büdcənin doldurulması ilə bağlı olan məsələdir. Maliyyə Nazirliyindən xahiş edirəm ki, ipoteka ilə bağlı məsələyə təkcə sosial məsələ kimi deyil, xüsusi olaraq büdcənin vergi gəlirlərinin artırılması məsələsi kimi baxılsın. Çünki əslində, bu gün tikilən binaların sayı kifayət qədərdir ki, biz müəyyən büdcə istiqamətini onunla doldura bilək".

 

F.Muradov gənclərin asudə vaxtının təşkilini də çox vacib məsələ adlandırıb: "Bu, həm siyasi, həm də iqtisadi məsələdir. Ona görə gənclərlə bağlı sahəyə xüsusi diqqət yetirilməsini xahiş edirəm".Deputat Hesablama Palatasının işinə də toxunub. Qeyd edib ki, qurumun fəaliyyəti nəticəsinə bir sıra neqativ hallar aradan qalxıb. Müxtəlif sahələrdə şəffaflığın təmin olunması istiqamətində işlər aparılıb. Lakin bu fəaliyyət gələcəkdə də davam etdirilməlidir.

Mənbə: Milli.Az

3 oktyabr 2015
GO BACK