Qadin.NET / Leyla Əliyevanın əl işi xeyriyyə hərracına çıxarılıb

Leyla Əliyevanın əl işi xeyriyyə hərracına çıxarılıb

 

Leyla Əliyevanın əl işi xeyriyyə hərracına çıxarılıb

Böyük Britaniyanın "Christie’s" hərrac evində xeyriyyə aksiyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əl işi sərgilənir.
ANS PRESS-in məlumatına görə, xeyriyyə aksiyası onkoloji xəstəliklərlə mübarizə aksiyalarını dəstəkləyən "Cancer Research UK" xeyriyyə təşkilatı tərəfindən həyata keçirilir. 
Leyla Əliyeva özü düzəltdiyi əl işini xeyriyyəçilik hərracına çıxarıb. Xeyriyyə hərracında satışa məşhur rəssam və dizaynerlər tərəfindən göy qurşağının bütün rəngləri ilə çəkilmiş ikimetrlik DNT spiralları şəklində 21 heykəl çıxarılıb. Leyla Əliyeva "Portağal ağacı" adlı əsərini yaradarkən İspan portağal ağaclarının rəng qammasından ilham alıb.

 

Mənbə: ANS PRESS

3 oktyabr 2015
GO BACK