ANS PRESS-in məlumatına görə, bu siyahı "The Muslim 500-2016" Corctaundakı müsəlman xristian anlaşma Mərkəzinin dəstəyi ilə Əmmanın kral islam strateji araşdırmalar mərkəzi tərəfindən tərtib olunub. Siyahıda ən nüfuzlu 500 müsəlmanın adı qeyd olunub.
Siyahı tərtib olunarkən bir neçə müxtəlif kateqoriyaya ayrılıb. Lakin siyahıda göstərilən ilk 50-likdə daha nüfuzlu insanlar yer alıb. İlk 12 nəfər arasında siyasi liderlər, kral ,general, prezidentlər yer alır. Bununla yanaşı siyahıda din xadimlərinin, milli və beynəlxalq dini orqanların,eyni zamanda hərəkat və təşkilatların rəhbərləri yer alıb.Prezident İlham Əliyevlə yanaşı, ən nüfuzlu müsəlmanların siyahısında Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə , həmçinin Azərbaycanın tanınmış xanəndəsi Alim Qasımovun adı da qeyd olunub.
Azərbaycanın xalq aristi, xanəndə Alim Qasımov bu xəbəri sevinclə qarşılayıb. bununla bağlı öz təəsüratlarını belə ifadə etdi. "Mən prezidentimiz İlham Əliyevlə və həmçinin bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə eyni siyahıda yer aldığıma görə qürur duyuram. Bu çox fəxredici haldır. Mən çox xoşbəxtəm. Artıq ikinci dəfə dünya səviyyəsində ən nüfuzlu Müsəlmanlarının siyahısında yer aldığıma görə qürur hissi keçirirəm. "
Mənbə: ANS PRESS