Hər bir dövrün öz gözəlliyi, dəbi və dəb ikonası var.
Bəzi qadınlar isə bütün dövrlər üçün aktual ola biləcək qədər dəbli geyinirlər.
Milli.Az Axşam.Az-a istinadən dünyanın ən yaxşı geyinən 10 qadınını təqdim edir.
1. Qreys Kelli - ABŞ-ın ən yaxşı aktrisasından Monakonun ən kədərli şahzadəsinə dönən Kelli zərifliyi ilə öz dövrünün ən heyranedici qadınlarından olub.
2. Tviqqi - 60-ların üslubu deyəndə ağıla gələn ilk adlardan biri. Qısa ətəklər model və aktrisa Tviqqinin əsas stili olub.
3. Aktrisa və müğənni Rita Morena
4. Rita Hayuors - Hollivudun ən ehtiraslı aktrisalarından sayılan Rita bir vaxt geyim tərzinə görə qadınların ən çox təqib etdiyi adlardan idi.
5. Naomi Sims - ilk qaradərili model olan Naomu dəb dünyasında yeni axın başladıb.
6. Aişvarya Ray - hindli ulduz şərq elementləri ilə zəngin tərzi ilə Avropa və amerikalı qadınların diqqətini hər zaman çəkir.
7. Madonna - 80-ci illərdən bəri geyindiyi hər bir şey bəyənildiyi qədər də tənqid olundu. Amma cəsarətli və fərqli tərzi ilə dəb aləmində yenilik edən sənətçilərdəndir.
8. Keyt Middlton - şahzadəyə ərə getdikdən sonra daha da məşhurlaşan Keyt geyimlərinə görə çox vaxt tənqid olunur. Amma peşəkarların fikrincə, o, geyimini ən doğru və dəbli seçən tanınmışlardandır.
9. Merilin Monro - 50-ci illərin əsas təmsilçisi. Bu tərz siyahıları Merilinsiz tərtib etmək haqsızlıq olardı.
10. Ceki Kennedi Onasis - dünyanın ən gözəl geyinən prezident xanımlarından biri. Fransız köklərindən gələn bir stili olan Kennedi zərifliyin təmsilçisidir.
Mənbə: Milli.Az