Pensiyalar artacaq
"Növbəti mərhələdə pensiya təminatı sistemində nəzərdə tutulan islahatlar yüksək sosial sığorta haqqı ödənişinin stimullaşdırılmasına yönəlib".APA-nın xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevbildirib.Bu islahat tədbirlərinin təfərrüatları barədə məlumat verən E. Mehdiyev vurğulayıb ki, hazırda ödənilən sosial sığorta haqlarının yalnız 50%-i fərdi hesablarda uçota alınır, islahat nəticəsində bu hədd 100%-ə çatdırılacaq: "Beləliklə, ödənilən məbləğlər tam olaraq fərdi hesablarda uçota alınacaq. Həmçinin, indiyədək fərdi hesablarda uçota alınmış pensiya kapitalları da 2 dəfə artırılacaq. Pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasını təmin etməklə onların sosial müdafiəsini daha da gücləndirəcəkdir".
Mənbə: Milli.Az
30 sentyabr 2015
GO BACK