Bu gün paytaxtda müxtəlif növdə taksilər fəaliyyət göstərir, onlardan ən geniş yayılanı isə “London taksiləri”dir.
Bir neçə gündür ki, paytaxt Bakıda “London taksiləri” kimi fəaliyyət göstərən bənövşəyi taksilərdə, gediş haqqının artırılması böyük müzakirələrə səbəb olub.
Verilən məlumatlarda, bu taksilərə oturan sərnişinlərin artıq 1 manat deyil, 3 manat ödənməsi tələb olunduğu bildirilirdi.
Biz də “London taksiləri” ilə əhaliyə xidmət göstərən sürücülərdən, yeni tələbin onların fəaliyyətinə necə təsir etməsi ilə maraqlandıq.
Sürücülər bəzən bu məsələdə sərnişinlərin də çaşbaş qaldığını bildir. Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilər ki, bu taksilər yeni istifadəyə verilib və bunlar “London taksiləri”nə aid deyil. Bu taksilər nazirliyin tərkibində yaranıb. Bütün cəhətlərinə görə digər taksilərdən fərqlənir.
Qurumdan onu da əlavə etdilər ki, əgər bu yeni taksilər özünü doğrultsa, onların sayının artırılması da gözlənilir.
Mənbə: ANS PRESS