Qadin.NET / Xaricdə pul xərcləmədən təhsil almaq olar

Xaricdə pul xərcləmədən təhsil almaq olar

Xaricdə pul xərcləmədən təhsil almaq olar
"2007 - 2015-ci il Xaricdə Təhsil Proqramı" bu il başa çatır. 
ANS PRESS-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, proqramın bundan sonra uzadılması barədə danışıqlıqlar gedir. Bəzi iqtisadçılar proqramın 2020-ci ilədək uzadılmasını təklif edirlər. 
Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində bugünə qədər 3 395 nəfər tələbənin adı dünyanın nüfuzlu ali məktəblərinin siyahısına daxil edilib. Dövlət Proqramı çərçivəsində bugünə qədər 1000 nəfərdən çox azərbaycanlı gənc məzun olub. Məzunların ixtisas sahələri sırasında iqtisadiyyat, tibb, yüksək texnologiyalar, mühəndislik ixtisasları üstünlük təşkil edir. 
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, bugünədək məzun olmuş tələbələrimizin 95%-i öz ixtisas istiqamətləri üzrə ölkəmizin nüfuzlu qurum və müəssisələrində çalışırlar. Tələbələrin 40%-i özəl, 60%-i isə dövlət sektorunda çalışmaqla öz karyera fəaliyyətlərini davam etdirirlər.

Mənbə: ANS PRESS

30 sentyabr 2015
GO BACK