Qadin.NET / Universitetlər paytaxtda olmayacaq

Universitetlər paytaxtda olmayacaq

Universitetlər paytaxtda olmayacaq
Paytaxtın mərkəzində fəaliyyət göstərən univeristetlər yaxın zamanlarda şəhərdən kənara köçürüləcək. Bununla bağlı təklif təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunan Böyük Bakının Regional İnkişaf Planında öz əksini tapıb. 
Bu sözləri ANS PRESS-ə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura KomitəsininŞəhərsalama şöbəsinin müdiri Anar Bayramov deyib. 
“Hazırda bununla bağlı müzakirələr aparılır.Planın Nazirlər Kabineti tərəfindən təsdiq olunmasını gözləyirik. Qərar verildikdən sonra müvafiq işlərə başlanılacaq. ”
Şöbə müdirinin sözlərinə görə, artıq Lomonosov adına Moskva Dövlət UniveristetininBakıdakı filialı şəhər ətrafına köçürülüb. 
Univeristetlərin yeni binasının tikilməsi üçün hansı ərazilərdən torpaq ayrılması icra hakimiyyətlərinin səlahiyyətindədir. Təhsil müəsissələrinin köçürüldüyü ərazilərdə tələbələrin rahatlığı üçün dünya standarlarına uyğun yataqxanalar və tələbələrin ehtiyacalarını qarşılayacaq hər bir şəraitin yaradılması nəzərdə tutulur". 

Mənbə: ANS PRESS

29 sentyabr 2015
GO BACK