Bunu Report"a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.Xatırladaq ki, qaydalara əməl olunması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə birlikdə ölkədə fəaliyyət göstərən apteklərdə nəzarət tədbirləri həyata keçirirlər.Qeyd edək ki, Tarif Şurası ilkin mərhələdə 25 təsiredici maddə üzrə 1 057 dərman vasitəsinin qiymətlərini tənzimləyib.
Mənbə: Milli.Az