Qadin.NET / Sensasiya: Marsda su tapıldı

Sensasiya: Marsda su tapıldı

Sensasiya: Marsda su tapıldı
Marsın dağ yamaclarında qəribə mövsümi axınlar yaranır ki, onları yalnız planetin orbitindən görmək olar. Alimlər hesab edirlər ki, müşahidə olunanlar "qırmızı planet"də suyun maye vəziyyətdəki substansiyasının mövcudluğundan xəbər verir.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) əməkdaşları Marsda su tapdıqlarını bəyan ediblər.Təfərrüatlar bu günlərdə "Nature Geoscience" jurnalında dərc olunacaq "Spectral evidence for hydrated salts in recurring slope linea on Mars" məqaləsində əksini tapacaq.Lakin detallar indidən bəllidir. Amerikalı alimlər Mars səthindəki dağ yamaclarından aşağı düşən və temperatur artanda tünd rəng alan uzun substansiyaları aşkarlayıblar.Alimlər bunu "təkrarlanan uzanmış strukturlar" (recurring slope lineae, RSL) adlandırırlar.NASA hesab edir ki, su olmadan belə strukturlar yarana bilməz və bu səbəbdən də illərdən bəri tədqiqatlar aparılırdı. 2005-ci ilin avqustunda kosmosa buraxılmış "Mars Reconnaissance Orbiter" planetlərarası stansiyası da əslində Marsda suyun arayışları ilə də məşğul olurdu. Stansiyada "Compact Reconnaissance Imaging Spectrometer for Mars" (CRISM) qurğusu və "High Resolution Imaging Science Experiment" (HiRISE) kamerası vardı.Bu avadanlıq vasitəsilə NASA alimləri Mars səthini tədqiq edirdilər.Son fotolar göstərir ki, RSL maye formada olan duzlu suyun quruması nəticəsində yaranır. Özü də struktur yalnız Marsda havaların isti keçdiyi zaman, temperaturun -23,15°C-dən 26,85°C-dək olduğu zaman formalaşır və onların eni 5 metrdən artıq olur.Son tədqiqatlar Mars səthinin su molekullarını udmaq və gecələr kiçik gölməçələr yaratmaq imkanlarına malik olması barədə illər əvvəl söylənmiş fərziyyələri təsdiqləyir.Alimlər hesab edirlər ki, Marsın sirləri həddən ziyadədir. Ən azı RSL tədqiqatçılara Marsda nə zamansa həyatın olub-olmadığını, yaxud da nə zamansa yarana biləcəyini anlamağa imkan verəcək.

Mənbə: Milli.Az

 

29 sentyabr 2015
GO BACK