Onun sözlərinə görə, artıq Bakıda bir neçə avtobus dayanacağında aparatlar quraşdırılıb. O qeyd edib ki, bu işlər mərhələli şəkildə aparılır: "Bu işlərin konkret nə vaxt yekunlaşacağını demək olmaz. Amma işlərə başlamışıq və avadanlıqların quraşdırılması sürətlə davam etdirilir. İşlər sifarişlə həyata keçirilir. Hansı ərazidə avadanlıqları quraşdırmaq sifariş olunursa, orada da bu işlər görülür".Qeyd edək ki, bir müddət əvvəl yeni xəttə buraxılan "Baku Bus"-un müasir avtobuslarında artıq "Bakı Kart"-ın təqdim etdiyi vahid kartdan istifadə olunmağa başlanılıb. Aparatların quraşdırılmasından sonra isə sözügedən kartdan bütün sərnişindaşımada tətbiq olunacağı gözlənilir.
Mənbə: Milli.Az