Qadin.NET / Ən çox danışdığımız xarici dil ölür

Ən çox danışdığımız xarici dil ölür

Bu gün dünyanın 6-cı ən çox danışılan dili sayılan rus dilini ümumilikdə 260 milyon insan bilir.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiyanın rəsmi dili rusca dünyanın 6-cı ən çox danışılan dilidir. Rusiyada 118 milyon insan bu dili ana dili hesab edir. Dünyada isə 260 milyon insanın rusca danışdığı ehtimal olunur. 
Rusiyada ana dili 1993-cü il Konstitusiyası və 2005-ci ildə qəbul edilən rəsmi dövlət dili ilə bağlı qanunlarla təminat altına alınmış olsa da, bu dildə danışanların sayı ildən-ilə azalır.
Rusiya hökuməti ölkəyə işləməyə gələn əmək miqrantlarından isə rus dilini bilmələrini tələb edir. Dil bilməyənlərin Rusiyada əmək patenti alması və daimi yaşamaq üçün qeydiyyatdan keçməsi artıq mümkün deyil.
“Əmək miqrantlarından tələb edilən rus dili bilgisi bir neçə kateqoriyaya ayrılır. Ölkəmizdə işləmək məqsədi ilə patent almaq üçün müddətli və ya daimi qeydiyyata düşmək istəsə, ondan daha yüksək səviyyədə dil bilgisi istənilir”.
Ruslar öz ana dillərinə hörmətlə yanaşırlar və xarici kəlimələrdən çox az istifadə edirlər. Ancaq Moskvadakı obyektlərin adlarında vəziyyət heç də gənaətbəxş deyil.
Rusiya qanunları söyüş olmaması şərti ilə obyektlərə istənilən adın verilməsinə heç bir məhdudiyyət qoymur.
Restoran sahibi Aslan Zemixovun sözlərinə görə, restoranın adı ərəb dilindən gəlmədir: “Zəm-zəm Kəbə yaxınlığındakı müqəddəs bulağın adıdır. Bizdən sonra da bir neçə yerdə zəm-zəm kafesi açılıb. Ancaq nə bizim üçün, nə digər "zəm-zəm"lər üçün hər hansı bir problem çıxmayıb”.
Rusiyada ötən ilin 1 iyul tarixindən etibarən mediada, kinoda, teatrda, ədəbiyyatda söyüş işlədilməsi qadağan edilib. 
Mediada söyüşə görə vətəndaşlar 50 manata qədər, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 3 min manata qədər cərimələnir.

Mənbə: ANS PRESS

28 sentyabr 2015
GO BACK