ANS PRESS-in məlumatına görə, bu barədə Berlində yerləşən Avropa Qafqaz - Xəzər Tədqiqatları İnstitutunun rəhbəri Matias Dornfeldt "Vestnik Kavkaza" portalına müsahibəsi zamanı bildirib.
Alman politoloq Avropa parlamentinin Azərbaycan üzrə 9 sentyabr 2015-ci il tarixdə qəbul etdiyi qətnaməni sərt tənqid edib: “Bu qətnamə Avropa Birliyi (AB) ilə Azərbaycan arasında münasibətləri korlamaqla yanaşı, bütün Cənubi Qafqazda vəziyyəti gərginləşdirir”.
Matias Dornfeldtın fikrincə, AB Azərbaycana qarşı sanksiyalar tətbiq edərsə, əvəzində Avropanın enerji təchizatı üzrə önəmli tərəfdaşını itirəcək: “Sanksiyalar tətbiq edilərsə, rəsmi Bakı müəyyən dərəcədə Qərbdən üz döndərəcək, həmçinin Azərbaycanın bu ədalətsiz addımlardan qorunması üçün tədbirlər görəcək.”
Mənbə: ANS PRESS