Qadin.NET / Şimal bölgəmiz qız "idxal" edəcək?

Şimal bölgəmiz qız "idxal" edəcək?

 

Şimal bölgəmiz qız "idxal" edəcək?

1975-ci ildə Qubada çəkilmiş "Alma almaya bənzər" filmində ana oğluna yenə də qızının olacağı ilə bağlı eyham vurur. Aradan 40 il keçsə də, məşhur filmdəki oğul istəyi bu gün də gündəmdədir. Aşkarda çoxu açıqlamasa da əksər ailələrdə oğlan uşaqlarına üstünlük verilir. Qız uşaqları isə ana bətnindəcə məhv edilir. Tibb müəssisələrindəki ultrasəs müayinələri vasitəsilə körpənin cinsini ayırd etmək artıq adətə çevrilib.

 

Qusar Mərkəzi Xəstəxanasının süa diognostikası şöbəsinin müdiri Tehran Zərbəliyev ANS PRESS-ə bildirib ki, valideynlər arasında gələcək övladlarının oğlan və ya qız olması ilə maraqlananlar, oğlan uşaqlarına üstünlük verənlər çoxluq təşkil edir. Son illər qız uşaqlarının sayının azalması məktəblərdə birinci sinfə qəbul edilən şagirdlərin sayında da özünü göstərir. Bu barədə anspress-ə XaçmazTəhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova məlumat verdi. Onun sözlərinə görə, bu il rayonda 3209 nəfər 1-ci sinfə qəbul olunub. Onların da 1339-u qız, 1870-i isə oğlan uşağıdır. Bu rəqəm isə artıq göstərir ki, qızların sayı oğlanlara nisbətən azdır.Anspress-in araşdırması zamanı məlum olub ki, Qusar və Qubada da vəziyyət eynidir. Rayon təhsil şöbələrindən verilən məlumata görə, bu il Qusarda 1-ci sinfə qəbul edilən 1428 nəfər birincinin cəmi 671-i qızdır, yəni 46%. Qubada isə ilk dəfə məktəbə qədəm qoyan 2371 şagirddən 1162-si qız uşağıdır ki, bu da 49% təşkil edir. Hələ bu harasıdır? Rayon doğum evlərində də bu il doğulan körpələrin sayında qız uşaqları azlıq təşkil edir. Faktlara nəzər salaq. Xaçmazda bu ilin əvvəlindən doğulan 1040 körpənin cəmi 490-ı qızdır. Qubada isə doğulan 2595 körpənin 1207-si qızdır. Rəqəmlərin özü həm doğulan yeni körpələrin, həm də 1-ci sinfə gedən uşaqların sayında qızların son illər xeyli azalmasından xəbər verir. Bir həqiqət odur ki, istər qız olsun, istərsə də oğlan, bu, valideynə Tanrının payıdır. Bu paydan imtina etmək günahdır.

Mənbə: Milli.Az

26 sentyabr 2015
GO BACK