Qadin.NET / Ermənistan ordusu 4 əsgər itirdi

Ermənistan ordusu 4 əsgər itirdi

Ermənistan ordusu 4 əsgər itirdi
Azərbaycan tərəfinin endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi həlak olub.
ANS PRESS-in məlumatına görə, bu haqda erməni mətbuatı xəbər verib.
“Ermənistan ordusunun cəbhə xəttində yerləşən hərbi hissələrindən birinin mövqeləri bu gün Azərbaycan ordusu tərəfindən raket-artilleriya zərbələrinə məruz qalıb”,- deyə Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərdə deyilir.
Ermənilərin verdiyi xəbərə görə, artilleriya zərbələri nəticəsində hərbi qulluqçular Norayr Xaçatryan (1995-ci il təvəllüdlü), Robert Mkrtçyan (1995), Arut Akopyan (1997) və Karen Şaginyan (1997) həlak olublar. Xeyli yaralının olduğu bildirilir.
Bu arada Azərbaycan Müdafiə Nazrliyinin verdiyi xəbərdə dövlət sərhədində vəziyyətin gərginləşməsinə və erməni mülki əhalisinə dəyən ziyana görə Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıdığı qeyd olunur."Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri cəbhədəki vəziyyət, guya düşmən tərəfindən hansısa postumuzun dağıdılması və Silahlı Qüvvələrimizin itki verməsi ilə bağlı növbəti dəfə yalan məlumat yayıblar",- deyə nazirlik bildirib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, bu kimi xəbərlərin heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.
Heç şübhəsiz ki, siyasi və hərbi iflasa uğramış Ermənistan hakimiyyətindəki kriminal rejim tərəfindən təkrarlanan bu kimi informasiyalar ilk növbədə cəbhədəki uğursuzluğa, canlı qüvvə sarıdan verdikləri itkilərə görə erməni ictimaiyyəti qarşısında bəraət qazanmaq, eyni zamanda həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdikləri cinayətləri gizlətmək məqsədi daşıyır.

Mənbə: ANS PRESS

26 sentyabr 2015
GO BACK