ANS PRESS-in məlumatına görə, məqalənin müəllifi İsrael Barouk mədəni təmizləmə məsələlərində İŞİD-in tək olmadığını, eyni aktların Ermənistan tərəfindən Azərbaycanaqarşı da həyata keçirildiyini diqqətə çatdırıb.
Məqalədə deyilir: "Radikalizm və ekstremizm bütün etnik, dini azlıqlar üçün dünyəvi, proqressiv və tolerant dövlət olan Azərbaycandan yan keçib və bu ölkənin on illiklərdir ABŞvə İsraillə güclü münasibətləri var. Azərbaycan bu nailiyyətləri ərazisinin Ermənistan tərəfindən qeyri-qanuni şəkildə işğal altında saxlandığı vaxtda əldə edib. Ermənistan etnik və mədəni təmizləməni təkcə müharibə illərində deyil, atəşkəs vaxtı da həyata keçirir. Bu faktlar dünyanın digər dövlətlərindən olan jurnalistlər tərəfindən də təsdiqlənib."
Mənbə: ANS PRESS