Qadin.NET / Yağış yağacaq

Yağış yağacaq

Yağış yağacaq
Azərbaycanda bəzi yerlərində duman olacaq, qısamüddətli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.Bakıda havanın temperaturu gecə 18-20, gündüz 28-30 dərəcə, Abşeron yarımadasında isə gecə 16-20, gündüz 26-30 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında sentyabrın 26-da hava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

25 sentyabr 2015
GO BACK