Report-un "TASS"agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq göstəriş Səudiyyə kralıSalman ibn Əbdül Əziz Əl Saud tərəfindən verilib."Biz müvafiq orqanlara Həcc ziyarətinin planına dəyişiklik edilməsinə dair göstəriş vermişik", - deyə "Əl Ərəbiyə" telekanalı kralın bəyanatından sitat gətirib.Qeyd edək ki, Məkkə yaxınlığında ötən gün baş vermiş izdihamda 753 nəfər dünyasını dəyişib, 880-dən çox zəvvar isə xəsarət alıb.
Mənbə: ANS PRESS