Qadin.NET / “Facebook” istifadəçilərini izləyir?

“Facebook” istifadəçilərini izləyir?

“Facebook” istifadəçilərini izləyir?
Belçika Məxfilik İdarəsi sosial media lideri Feysbuka qarşı iddia qaldırıb. İdarə Feysbukun Avropa məxfilik qanunlarına əməl etmədiyini iddia edir.

Məxfilik İdarəsinin vəkili Fredrik Debuser açıqlamasında, Feysbukun işini NASA ilə müqayisə edib. O, bildirib ki, Feysbuk  NASA ilə eyni işi görür, amma fərqli yolda irəliləyir.

Tam olaraq nə nəzərdə tutulur?

Məlumat məxfiliyi ilə məşqul olan mütəsəssislər Feysbukdan çıxandan sonra belə istifadəçilərin izlənildiyini və Feysbukda reklam göstərildiyini söyləyirlər. Əgər deyilənlər təsdiqlənsə, sosial media lideri hər gün 250 min avro cəza ödəyəcək.

Məxfilik İdarəsi, Feysbukun Avropa və Belçikanın məxfilik qaydalarına əməl etmədiyini deyir.

Feysbuk nə cavab verdi?

 Feysbuk isə Avropa Birliyi və Belçika qaydalarına tabe olduğunu qəbul etmir. Sosial media lideri Avropadakı mərkəzinin İrlandiyanın paytaxtı Dublində yerləşdiyi üçün yalnız bu ölkənin qaydalarına tabe olduğunu bildirib.

 

 

24 sentyabr 2015
GO BACK