Qadin.NET / Təzəpir məscidində bayram namazı qılındı

Təzəpir məscidində bayram namazı qılındı

Təzəpir məscidində bayram namazı qılındı
Bu gün Bakının Təzəpir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

APAnın xəbərinə görə, Bakının ən böyük məscidində bayram namazı axund Hacı Cəlil Şahbazovun imam-camaatlığı ilə qılınıb. Daha sonra dindarlar bir-birlərini bayram münasibətlə təbrik ediblər. 
 Qafqaz Müsəlmanları İdarəsindən bildirilənə görə, ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub.  
 Xatırladaq ki, sentyabrın 24-25-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Mənbə: Milli.Az

 

24 sentyabr 2015
GO BACK